Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvar-may aylarında 8% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvar-may aylarında 8% artıb
# 21 iyun 2010 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə müəssisələrində əhaliyə 5 172,7 mln. manatlıq və ya 2009-cu ilin eyni dövründəkindən 8,1% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 99,6%-i özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib. Özəl sektorun müəssisələri üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 8,1% artaraq 5 134,3 mln. manat olub.

Pərakəndə və iaşə dövriyyəsinin ümumi həcmində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,3% olub.

Bununla yanaşı, 2010-cu ilin yanvar-may aylarında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 2,7%-ni iaşə müəssisələrinin dövriyyəsi təşkil edib. Beş ay ərzində əhaliyə 141,3 mln. manatlıq və ya 2009-cu ilin müvafiq dövründəkindən 15,8% çox iaşə xidmətləri göstərilib. Özəl iaşə müəssisələri üzrə dövriyyənin real həcmi 17,7% artaraq 137,2 mln. manat olub.

İaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5 031,4 mln. manatlıq və ya 7,9% çox əmtəə satılıb.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 95,1% pərakəndə ticarət müəssisələrinin, 4,9%-i iaşə müəssisələrinin fəaliyyəti sayəsində təmin edilib.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 81,7%-i hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrinin, 18,3%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR