Azərbaycanda «Büllur su»nun istehsalı dayandırılıb

Azərbaycanda «Büllur su»nun istehsalı dayandırılıb
# 29 iyun 2010 07:58 (UTC +04:00)
Komitədən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan «Büllur su» əmtəə nişanlı qablaşdırılmış içməli sular təsdiq olunmuş texnoloji təlimat olmadan hazırlanır, suyun mənbəyi və istifadəsinə icazə barədə zəruri sənədlər mövcud deyil, istehsal olunan məhsul AZS milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmayıb.

Araşdırma zamanı həmçinin müəyyən olunub ki, istehsalçı alıcıları çaşdırmaq məqsədilə məhsulun üzərində normativ sənədin adını düzgün göstərməyib. Məhsul AZS 282-2007 «Qablaşdırılmış içməli su» standartı əsasında hazırlanmasına baxmayaraq, etiketdə AZS 216-2006 «İçməli təbii mineral su» kimi göstərilib.

Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib olunaraq məhsul istehsalı dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR