Bu ilin sonunadək Azərbaycanda 20-dək vergi kompüter terminalı istifadəyə veriləcək

Bu ilin sonunadək Azərbaycanda 20-dək vergi kompüter terminalı istifadəyə veriləcək
# 30 iyun 2010 14:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu ilin sonunadək Azərbaycanda vergi ödəyicilərinə xidmət göstərmək üçün 20-dək vergi kompüter terminalının istifadəyə verilməsi planlaşdırılır.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.

M.Musayevin sözlərinə görə, hazırda terminalların yaradılması istiqamətində işlər aparılır və həmin terminallarda vergi ödəyicilərinə xidməti Vergilər Nazirliyi ilə imzalanmış müqaviləyə uyğun olaraq ASK göstərəcək.

ASK rəhbərinin sözlərinə görə, terminallar vergi ödəyiciləri ilə vergi sistemində şəffaflığın təmin olunması, vergi ödəyicilərinə göstərilən xidmətin yaxşılaşdırılmasına xidmət edir. Artıq bu gün ölkədə 15 belə terminal fəaliyyət göstərir.

M.Musayev ASK-nın vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi güzəştləri ilə bağlı təkliflərini Vergilər Nazirliyinə təqdim etdiklərini desə də, konkret olaraq bu təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR