Sumqayıtda 30-dək obyektin sanitar vəziyyəti yoxlanılıb

Sumqayıtda 30-dək obyektin sanitar vəziyyəti yoxlanılıb
# 02 avqust 2010 15:18 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ötən həftə ərzində ümumilikdə 29 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Yoxlamalar əsasən şəhər ərazisində yerləşən bir çox sənaye müəssisələrini, məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə fəaliyyət göstərən obyektləri əhatə edib. Araşdırmaların nəticəsi olaraq aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib.

Hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qrunt və ya içməli su xəttindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR