Azərbaycanda «Golden Graal» alkoqolsuz içkilərin istehsalına qadağa qoyulub

Azərbaycanda «Golden Graal» alkoqolsuz içkilərin istehsalına qadağa qoyulub
# 06 avqust 2010 13:38 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmin sulardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Nümunələrin laborator müayinəsi nəticəsində «Golden Graal» şaftalı və albalı nektar və şirələrində quru maddənin və titirlənən turşuların kütlə payının normadan az, «Golden Graal» düşes, tərxun, qızılgül limonadlarında və qazlı sularda bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeks) miqdarının normadan çox olduğu və bu məhsulların istifadə üçün yararsız olduğu müəyyənləşdirilib.

Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında satışı dayandırılmış 8,5 min litr limonad, nektar, şirə və qazlı suların, mənşəyi bəlli olmayan 0,5 min litr saxta qazsız suların məhv edilməsi, eyni zamanda limonad, nektar, şirə və qazlı suların istehsalının təxirə salınmadan dayandırılması barədə R.Novruzova icrası məcburi göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olan «Golden Graal» limonad, nektar, şirə və qazlı sularını almamağı tövsiyə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR