Sentyabr ayında ABŞ-da 100 min nəfər işsiz qalıb

Sentyabr ayında ABŞ-da 100 min nəfər işsiz qalıb
# 11 oktyabr 2010 10:11 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Ticarət Nazirliyi sentyabr ayında ölkənin əmək bazarının dinamikası üzrə statistika blokunu açıqlayıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, ABŞ-da işsizlik səviyyəsi ötən ay dəyişməz qalıb - 9,6%.

Daha gözlənilməz nəticə isə qeyri-kənd təsərrüfatı sahələrində qeydə alınıb. Analitiklərin dəyişməz qalacağını proqnozlaşdırdığı bu sahələrdə iş yerlərinin sayı 95 min azalıb. Əvəzində özəl sektorda yeni iş yerlərinin 64 min ədəd artıb. Halbuki avqust ayında bu göstərici 93 min olub.

Dövlət sektorunda isə 159 min iş yeri ixtisara düşüb ki, bu da əhalinin siyahıya alınması üçün işə götürülən müvəqqəti işçilərin müqaviləsinin bitməsi ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR