ABŞ-a Çin məhsullarının idxalı rekord həddə çatıb

ABŞ-a Çin məhsullarının idxalı rekord həddə çatıb
# 15 oktyabr 2010 11:02 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-a Çin məhsullarının idxalı cari ilin avqust ayında 6,1% artaraq rekord həddə - 35,3 mlrd. dollara çatıb.

APA-Economics”in ABŞ Ticarət Nazirliyinə istinadən xəbərinə görə, ABŞ-ın Çinlə ticarət kəsiri də indiyədək qeydə olunmayan həddə - 28 mlrd. dollara yüksəlib. Bundan əvvəlki rekord 2008-ci 2008-ci ilin oktyabrında qeydə alınıb - 27,9 mlrd. dollar.

Bu ilin avqust ayında ABŞ-ın idxalının həcmi bir ay əvvəlki göstərici ilə müqayisədə 2,15 artaraq 200,2 mlrd. dollar, ixracın həcmi 0,2% artaraq 153,9 mlrd. dollar təşkil edib. İllik müqayisədə ABŞ-a idxal 24%, ABŞ-dan ixrac isə 18% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR