Gələn ay Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək

Gələn ay Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək
# 27 oktyabr 2010 13:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Noyabrın 29-da Bakıda Azərbaycan-Yunanıstan iqtisadi, sənaye və texnoloji sahələr üzrə birgə hökumətlərarası komissiyasının 3-cü iclası keçiriləcək. Bu barədə APA-ya Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Hökumətlərarası komissiyaya Azərbaycan tərəfdən sənaye və energetika naziri Natiq Əliyev, Yunanıstan tərəfdən isə xarici işlər nazirinin müavini Spiros Kuveris rəhbərlik edirlər.

Tədbir çərçivəsində 4-cü Azərbaycan-Yunanıstan Biznes Forumunun keçirilməsi də planlaşdırılır. Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibinə bir neçə tanınmış iş adamı da daxildir. Onlar ikitərəfli əməkdaşlıqla əlaqədar bir sıra nazirlik və komitələrdə görüşlər keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR