Dubayda evlərin ucuzlaşması davam edəcək

Dubayda evlərin ucuzlaşması davam edəcək
# 05 yanvar 2011 07:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dubayda mənzillərin və villaların ucuzlaşması davam edir.

«APA-Economics»in məlumatına görə, bu barədə Property Wire portalı REIDIN şirkətinə istinadən məlumat yayıb.

Noyabrda ucuzlaşma fərdi evlərə də təsir etməyə başlayıb. 2010-cu ilin noyabrında Dubayda sahəsi 50 kv. m-dək olan evlər 0,1% ucuzlaşıb, bir il əvvələ nisbətən isə bu evlər 17,5% ucuz satılıb.

Sahəsi 51-100 kv. m olan evlər üzrə ucuzlaşma noyabr ayında 0,11%, son bir ildə isə 9,06% təşkil edib. Sahəsi 101-150 kv. m olan mənzillərdə isə ucuzlaşma daha böyük olub. Ümumilikdə noyabr ayında Dubayda mənzillər 1,12%, villalar 0,81% ucuzlaşıb.

“Cluttons” şirkətinin analitikləri bildirir ki, Dubayda əmlakın ucuzlaşması 2011-ci ildə də davam edəcək, amma ucuzlaşma sürəti aşağı düşəcək. “Landmark Advisory” şirkətində isə hesab edirlər ki, bazara yeni mənzillərin çıxması dayanmasa, 2012-ci ilin sonunadək Dubayda əmlak daha 20% ucuzlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR