Saxlama müddəti ötmüş 470 kq ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 470 kq ərzaq malları satışdan çıxarılıb
# 10 yanvar 2011 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda Nobel prospekti, ev 72 ünvanında Aynurə Həsənovaya məxsus mağazada, Xocalı küçəsi, 19 ünvanında Sahib Mirzəyevə məxsus mağazada, S.Ə.Şirvani küçəsində yerləşən «Ailəvi market»də və «Elvin market»də, S.Ə.Şirvani və M.Rüstəmov küçələrinin kəsişməsində, mənzil 9 ünvanında Vüqar İmanova məxsus mağazada, M.Rüstəmov küçəsində Sevinc Rəhimovaya və Şəfiqə Muxtarovaya məxsus mağazalarda, Binəqədi rayonunda Binəqədi şosesindəki «Fikrət Qüdrət market»də və Murad Cəfərova məxsus mağazada, Xırdalan şosesində yerləşən «Cavid market»də, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, ev 12 ünvanındakı «Səbuhi market»də, Biləcəri qəsəbəsi, məhəllə 50/57/68 ünvanında Əhəd Ramazanova məxsus mağazada, A.Gəraybəyli küçəsi, ev 37 ünvanında Mərdan Azadəliyevə məxsus mağazada, Nəsimi rayonunda M.Kazımovski küçəsi, ev 13 ünvanında yerləşən «Al-Vadi market»də, Şirvan rayonunda Xəqani küçəsi, 20 ünvanında Məmməd Hümbətova məxsus mağazada, Tərtər rayonunda Nizami küçəsində Bahar Səmədovaya məxsus mağazada, Quba rayonunda Digah kəndində Adil Mirzəxanova məxsus mağazada, ümumi çəkisi 470 kiloqramdan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR