Azərbaycan parlamentinin yaz sessiyasında bir neçə yeni iqtisadi sənəd müzakirəyə çıxarılacaq

Azərbaycan parlamentinin yaz sessiyasında bir neçə yeni iqtisadi sənəd müzakirəyə çıxarılacaq
# 12 yanvar 2011 12:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Milli Məclisinin yaz sessiyasında iqtisadiyyat sektoruna aid olan bir neçə yeni sənəd müzakirəyə çıxarılacaq.

Bu barədə “APA-Economics”ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Millət vəkilinin sözlərinə görə, sessiya ərzində əsas yeni sənədlər Gömrük Məcəlləsi, Rəqabət Məcəlləsi və «İcbari sığorta haqqında» qanun layihəsidir. Gömrük Məcəlləsi və «İcbari sığorta haqqında» qanun layihələri artıq parlamentə daxil olub. Rəqabət Məcəlləsi isə üçüncü oxunuş üçün təqdim olunacaq.

V.Əhmədov yaz sessiyasının gündəliyinə «Təhsil kreditləri haqqında» qanun layihəsinin salınması istiqamətində çalışdıqlarını da deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR