Bakıda 2,2 ton keyfiyyətsiz ətin satışı dayandırılıb

Bakıda 2,2 ton keyfiyyətsiz ətin satışı dayandırılıb
# 12 yanvar 2011 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz ət satışının qarşısının alınması məqsədilə monitorinqlərini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonunda, «Təzə Bazar» MMC-nin ərazisindəki ət satışı məntəqəsində satışda olan 1 tondan çox, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 26 ünvanında «Nadir Ərzaq» MMC-yə məxsus ət satışı məntəqəsində isə satışda olan 1,2 ton ətdə qaralma və qeyri-spesifik qoxunun olduğu müəyyən edilib.
Bununla əlaqədar, həmin ətlərdən nümunələr götürülərək laborator müayinəyə göndərilib və laborator müayinənin nəticəsi məlum olanadək satışı dayandırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ət alarkən diqqətli olmağı tövsiyə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR