Saxlama müddəti ötmüş 350 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 350 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 13 yanvar 2011 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda Nəsimi küçəsi, ev 30 ünvanında yerləşən «Xəyam market»də, Ə.Hacıyev küçəsindəki «Vahid market»də və «Gloriya market»də, Naxçıvanski küçəsi, 29 ünvanında Azər Nəbiyevə məxsus mağazada, Q.Qarayev prospekti, ev 81 ünvanında Afət Əlişovaya məxsus mağazada, R.Rüstəmov küçəsi, 56 ünvanındakı «Bolluq market»də, Binəqədi rayonunda Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən «Tunar market»də və «Kral market»də, Binəqədi şosesində Aminağa Bayramova məxsus mağazada, Nərimanov rayonunda Ə.Əliyev küçəsi, ev 61, mənzil 17 ünvanında yerləşən «Şəlalə market»də, T.Şıxəliyev küçəsi, ev 17, mənzil 23 ünvanındakı «Azər market»də, Ə.Rəcəbli küçəsi, 5 ünvanındakı «Ramal market»də, Xudat rayonunda M.F.Axundov küçəsində Xeyirbəg Rəhimxanova məxsus mağazada, Şəki şəhərində M.F.Axundov prospektində Nəzakət Hüseynovaya məxsus mağazada, Bərdə rayonunda Nüşabə küçəsində Almaz İsrafilovaya məxsus mağazada, Nizami küçəsində Kamil Vəliyevə və Elşad Mehraliyevaya məxsus mağazalarda, Ü.Hacıbəyov küçəsində Sərvər Salahova məxsus mağazada, Gəncə şəhərində Gülüstan qəsəbəsində Vüqar Əliyevə məxsus mağazada, Qusar rayonunda Kirik kəndində Seyfəddin Ağalarova və Matros Şıxmuradova məxsus mağazalarda, Mingəçevir şəhərində A.Məmmədov küçəsində Elşan Əliyevə və Telman Məmmədova məxsus mağazalarda, ümumi çəkisi 350 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR