Polietilen torbaların istehsalı ilə məşğul olan şirkətə maliyyə sanksiyası tətbiq edilib

Polietilen torbaların istehsalı ilə məşğul olan şirkətə maliyyə sanksiyası tətbiq edilib
# 14 yanvar 2011 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Qayğı» şirkətinə 3,7 min manatlıq maliyyə sanksiyası tətbiq edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata əsasən, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə polietilen torbaların istehsalı ilə məşğul olan «Qayğı» kiçik müəssisəsi barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə «Qayğı» kiçik müəssisəsinə 3,7 min manat maliyyə sanksiyası tətbiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR