Azərbaycanda meyvə şirələrinin 40%-nin keyfiyyətsiz olduğu aşkarlanıb

Azərbaycanda meyvə şirələrinin 40%-nin keyfiyyətsiz olduğu aşkarlanıb
# 17 yanvar 2011 10:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda malların keyfiyyətinə və standartlara əməl olunması ilə bağlı yoxlamaların sayı iki dəfə artıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə 2146 təsərrüfat subyektində istehsal, idxal və ixrac olunan məhsulların keyfiyyətinə, standartların, metroloji normaların və qaydaların tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib ki, bu da 2009-cu ildəkinə nisbətən 1,9 dəfə çoxdur.

Araşdırmalar nəticəsində müxtəlif pozuntularla əlaqədar 123 növ məhsulun istehsalı və satışı qadağan edilib, nöqsanların aradan qaldırılması üzrə 344 irad və tələbnamə verilib, 277 500 manatlıq müxtəlif çeşidli məhsulların keyfiyyəti yoxlanılıb, bunlardan 252 min manatlıq məhsulun və ya 9,1%-nin normativ tələblərə cavab vermədiyi aşkar olunub.

Ötən il aparılan yoxlamaların nəticəsi olaraq ciddi nöqsanlara yol vermiş təsərrüfat subyektlərində 137 protokol tərtib olunub, 143,7 min manat məbləğində və yaxud 2009-cu ilə nisbətən 1,9 dəfə çox cərimə sanksiyaları tətbiq edilib.

Yeyinti məhsullarına nəzarət tədbirləri nəticəsində tələblərə cavab verməyən 96,4 min manatlıq qida əlavələrinin (yoxlanılan ümumi məhsulun 75,9%-i), 24,5 min manatlıq meyvə şirələrinin (yoxlanılan ümumi məhsulun 37,8%-i), 1,0 min manatlıq duzun (yoxlanılan ümumi məhsulun 20,8%-i), 2,3 min manatlıq dondurmanın (yoxlanılan ümumi məhsulun 15,3%-i), 2,0 min manatlıq mineral suların (yoxlanılan ümumi məhsulun 6,0%-i) və bir sıra digər ərzaq məhsullarımn istehsalı və ya satışı qadağan olunub.

2010-da məhsul istehsalı, idxalı və ixracı ilə məşğul olan 2885 hüquqi və fiziki şəxslərin sifarişləri əsasında 6209 adda məhsula AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərinə müvafiq olaraq uyğunluq, tanınma və partiya sertifikatları verilib. Sertifikatlaşdırma prosesi ilə əhatə olunmuş təsərrüfat subyektlərinin sayı 2009-cu ilə nisbətən 1,4 dəfə, sertifikatlaşdırılmış məhsul növlərinin sayı isə 1,6 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR