Bakıda polietilen torbaların istehsalı ilə məşğul olan şirkət cərimələnib

Bakıda polietilen torbaların istehsalı ilə məşğul olan şirkət cərimələnib
# 17 yanvar 2011 12:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda polietilen torbaların istehsalı ilə məşğul olan daha bir şirkət cərimələnib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə polietilen torbalarının istehsalı ilə məşğul olan «Leyla-R» firması barəsində Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə «Leyla-R» şirkətinə 2 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR