Ötən il Azərbaycanda dövlət xətti ilə daha çox kənd təsərrüfatı sektoruna güzəştli kreditlər ayrılıb

Ötən il Azərbaycanda dövlət xətti ilə daha çox kənd təsərrüfatı sektoruna güzəştli kreditlər ayrılıb
# 19 yanvar 2011 07:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən güzəştli kreditlər ən çox kənd təsərrüfatı məhsullarının istehsalı layihələrinin icrası üçün ayrılıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində Fond tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 1 303 layihənin icrasına 55,652 mln. manat güzəştli kredit ayırılıb ki, sözügedən layihələrin xüsusi çəkisi 91,1%, ümumi kreditləşmədə payı isə 48,4% təşkil edib. Ümumiyyətlə, ayrılmış kreditlər hesabına bu sahədə 3 970 yeni iş yerinin yaradılacağı gözlənilir.

Bundan başqa, 2010-cu ildə SKMF müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 94 layihəyə 23,450 mln. manat ayırıb. Layihə portfelində bu sahənin xüsusi çəkisi 6,6%, kredit portfelində isə 20,4% təşkil edib. Layihələrin icrası nəticəsində 664 yeni iş yerinin açılması nəzərdə tutulub.

Eyni zamanda, 2010-cu ildə Fond xidmət (infrastruktur) sahələrinin inkişafı istiqamətində 14 layihəyə 22,733 mln. manat məbləğində güzəştli kredit ayırıb ki, onların xüsusi çəkiləri müvafiq olaraq 1% və 19,8% təşkil edib. Layihələrin həyata keçiriliməsi nəticəsində 495 yeni iş yeri yaradılacaq.

Kənd təsərrüfatı məhsullarının emalı sahəsində isə SKMF 16 layihənin icrası üçün 10,350 mln. manat güzəştli kredit ayırıb. Onların ümumi portfeldəki xüsusi çəkiləri müvafiq olaraq 1,1% və 9% təşkil edib. Sözügedən sahə üzrə layihələrin icrasında 444 yeni iş yeri açılacaq.

Fond tərəfindən həmçinin, 2010-cu ildə turizmin inkişafı istiqamətində 3 layihə maliyyələşdirilib ki, ayrılan güzəştli kreditlərin həcmi 2,815 mln. manat təşkil edib. Layihələrin ümumi portfelində turizmin inkişafı üçün həyata keçirilən layihələrin xüsusi çəkisi 0,2%, ayrılmış kreditlərin həcmi isə ümumi portfeldə 2,4%-ə bərabər olub. Hər 3 layihənin yerinə yetirilməsindən sonra 36 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, ümumiyyətlə, 2010-cu ildə SKMF 1 362 kiçik həcmli, 8 orta həcmli, 26 böyük həcmli və 34 iri həcmli layihələrə müvafiq olaraq 17,581 mln. manat, 1,005 mln. manat, 14,966 mln. manat və 81,448 mln. manat həcmində güzəştli kreditlər ayırıb. SKMF-in ötən il ayırdığı güzəştli kreditlərin ümumi həcmi 115 mln. manat təşkil edib. Bu il ərzində isə Fond sahibkarlara 125 mln. manat məbləğində vəsait ayıracaq ki, bunun da 34 mln. manatı dövlət büdcəsindən ayrılacaq, 91 mln. manat isə əvvəllər verilmiş kreditlərin geri qaytarılması hesabına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR