Azərbaycanda Yeni il hədiyyələrini qablaşdıran və qənnadı məhsulları istehsal edən şirkət cərimələnib

Azərbaycanda Yeni il hədiyyələrini qablaşdıran və qənnadı məhsulları istehsal edən şirkət cərimələnib
# 21 yanvar 2011 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda Yeni il hədiyyələrinin qablaşdırılması və qənnadı məhsullarının istehsalı ilə məşğul olan şirkət cərimələnib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Yeni il hədiyyələrinin qablaşdırılması və qənnadı məhsullarının istehsalı ilə məşğul olan «Bolluq» MMC barəsində nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə «Bolluq» MMC-yə 7,9 min manat maliyyə sanksiyası tətbiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR