Saxlama müddəti ötmüş 1,3 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 1,3 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 24 yanvar 2011 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda Q.Qarayev prospektində yerləşən «RaUFO market»də, «Rial market»də və Ulduzə Ramazanovaya məxsus mağazada, R.Teymurov küçəsi, ev 36, mənzil 51 ünvanındakı «Qumru market»də, K.Balakişiyev küçəsi, ev 45, mənzil 25 ünvanında Ərziman Azayevə məxsus mağazada, B.Çobanzadə küçəsi, 45 ünvanında Rauf Bayramova məxsus mağazada, B.Nuriyev küçəsi, 16A ünvanında Elbrus Abbasova məxsus mağazada, Ə.Vəliyev küçəsi, 9 ünvanındakı «İlqar market»də, B.Nuriyev küçəsində İsrafil Əliyevə, həmçinin həmin küçədə yerləşən Nəzakət Ovçiyevaya məxsus mağazalarda və «Grandmart supermarket»də, Məhsəti küçəsi, məhəllə 2534 ünvanında Yamil Quliyevə məxsus mağazada, Yasamal rayonunda F.İbrahimbəyov küçəsi, 2 ünvanındakı «Bayram market»də, Səbail rayonunda Nizami küçəsi, ev 50 ünvanında yerləşən «Anar market»də, Azərbaycan küçəsi, ev 24 ünvanında Namiq Əlifova məxsus mağazada, Z.Əliyeva küçəsi, ev 24 ünvanında Əliyəddin Mirzəyevə məxsus mağazada, Nəsimi rayonunda D.Əliyeva küçəsi, 4 ünvanında yerləşən «Turan market»də, Nərimanov rayonunda, A.Salamzadə küçəsi, məhəllə 1104 ünvanında yerləşən «Luks market»də, F.Xoyski prospekti, ev 136, mənzil 1 ünvanındakı «Araz marketdə»də, Binəqədi rayonunda S.Məmmədova küçəsi, 6M, ev 205B ünvanında yerləşən «Sərfəli market»də, Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsi, «Q» Yaşayış sahəsi, ev 17, mənzil 19 ünvanında Bayraməli Əliyevə məxsus mağazada, Park küçəsi, 13 saylı bazarın içərisində yerləşən «Leyla market»də, 13 saylı bazarın yaxınlığında Aleksandra Rəsulovaya məxsus mağazada, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində Fəramat Baxışova və Zaur Məmmədxanova məxsus mağazalarda, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən «Vahid market»də, Yeni Günəşli qəsəbəsi, «5V» Yaşayış sahəsində yerləşən «33 market»də, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi, ev 24 ünvanında yerləşən «Müslüm market»də, Masallı rayonunda Seybətin küçəsində Adil İsmayılova məxsus mağzada, Şabran rayonunda H.Əliyev küçəsində İslam Mahmudaova məxsus mağazada, Qazax rayonunda M.Ə.Rəsulzadə küçəsində Səbuhi Qocayevə məxsus mağzada, Z.Tağıyev küçəsində Qurban Xasməmmədova məxsus mağazada, Ağdaş rayounda M.Ə.Rəsulzadə küçəsində yerləşən «Fərid market»də və Azər İsmayılova məxsus mağazada, Şəki şəhərində Axundov prospektində yerləşən «Ruzi» mağazasında, Quba rayonunda 29-cu məhəllədə Saləddin Xəlilova məxsus mağazada, Bərdə rayonunda Ü.Hacıbəyov küçəsində Tofiq Əliyevə, həmçinin həmin küçədə yerləşən Maarif İsmayılova məxsus mağazalarda, ümumi çəkisi 1,3 ton olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR