“McDonald’s” restoranlar şəbəkəsinin xalis mənfəəti ötən il 5 mlrd. dollar təşkil edib

“McDonald’s” restoranlar şəbəkəsinin xalis mənfəəti ötən il 5 mlrd. dollar təşkil edib
# 25 yanvar 2011 08:02 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyada məşhur olan “McDonald’s Corp.” restoranlar şəbəkəsinin xalis mənfəəti ötən il 8,6% artaraq 4,94 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, şirkətin məcmu gəlirləri 6% artaraq rekord səviyyəyə - 24,07 mlrd. dollara çatıb.

Hesabat dövründə şirkətin bir səhm üzrə dividenti 11% artıb. Ötən ilin IV rübünün göstəriciləri digər rüblərlə müqayisədə az olsa da, “McDonald’s” üçün pis sayıla bilməz. Oktyabr-dekabr aylarında şirkətin mənfəəti cəmi 2% (1,24 mlrd. dollar), gəlir və əməliyyat mənfəəti isə müvafiq olaraq 4% və 2% artıb.

IV rübdə gəlirin azalmasına səbəb Avropada müşahidə olunan sərt qışla əlaqədar xüsusən Almaniya və Böyük Britaniyada restoranlara gedən müştərilərin azalmasıdır. Bunun qarşılığında isə Asiya-Sakit okean regionundakı, xüsusən Yaponiya, Avstraliya və Çindəki “McDonald’s” restoranlarında artım qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR