Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 307 minə çatıb

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 307 minə çatıb
# 26 yanvar 2011 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatdan keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 307 minə yaxınlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi ticarət (42,5%), nəqliyyat (19,7%), xidmət (11,1%) və kənd təsərrüfatı (9,4%) sahələrində fəaliyyət göstərib.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin 84,1%-ni kişilər, 14,9%-ni isə qadınlar təşkil edib.

Qadınlar «Təhsil» fəaliyyət sahəsində fərdi sahibkarların 51,2%-ni, «Ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət»də 38,1%-ni, «Daşınmaz əmlakla əlaqədar əməliyyatlar»da isə 33,8%-ni təşkil edib.

Sahibkar qadınların 42,5%-i Bakıda, 14,9%-i Aran, 13,1%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda, Gəncə-Qazax, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Cari ilin yanvarın 1-i vəziyyətinə Statistik vahidlərin Dövlət Registrinə daxil edilmiş, torpaq payı almış ailələrin sayı 850 mini keçib ki, bu da ölkədə torpaq payı alanların 98%-ni təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR