Azərbaycan Berlində keçirilən beynəlxalq sərgidə ermənilərin növbəti təxribatının qarşısını alıb

Azərbaycan Berlində keçirilən beynəlxalq sərgidə ermənilərin növbəti təxribatının qarşısını alıb
# 26 yanvar 2011 12:17 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın stendində nümayiş olunan məhsullar arasında etiketində Qarabağ ərazisinin «Artsax» adı altında Ermənistanın tərkib hissəsi kimi göstərildiyi konyaklar aşkar edilib.

Görülmüş tədbirlər nəticəsində bu məhsulların sərgi iştirakçılarına paylanmasının qarşısı alınıb və konyak şüşələrinin etiketlərinin Qarabağ ərazisinin «Artsax» adı altında Ermənistanın tərkibində göstərilən hissəsinin kəsilərək götürülməsi təmin edilib. Bununla da ermənilərin növbəti təxribatçı hərəkətinin qarşısı alınıb.

Qeyd edək ki, «Beynəlxalq Yaşıl Həftə -2011» sərgisində dünyanın 60-a yaxın ölkəsinin kənd təsərrüfatı və qida sənayesi məhsulları nümayiş olunur. Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və 40-a yaxın şirkətin nümayəndələri təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR