Avstriya Sənayeçiləri Konfederasiyasının prezidenti Azərbaycana gəlib

Avstriya Sənayeçiləri Konfederasiyasının prezidenti Azərbaycana gəlib
# 27 yanvar 2011 08:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA-Economics. Avstriya Sənayeçiləri Konfederasiyasının prezidenti Vayt Zorgerin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Bu barədə APA-ya Avstriyanın Azərbaycandakı səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Səfirlikdən bildirilib Ki, 3500-dən artıq üzvə malik olan Avstriya Sənayeçiləri Konfederasiyasının nümayəndə heyətinin səfərinin məqsədi dinamik inkişaf edən Azərbaycanın iqtisadiyyatı ilə tanış olmaq, ölkədəki investisiya imkanlarını öyrənmək və iki ölkənin sənaye qurumları və şirkətləri arasında əməkdaşlıq perspektivlərini araşdırmaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, habelə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi ilə görüşüb. Bu gün isə qonaqların Azərbaycanın maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşləri nəzərdə tutulub.
Səfərin bu gün yekunlaşacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR