İran qonşu ölkələrlə sərhəd keçid məntəqələrində qeydiyyatı «vahid pəncərə» sistemi ilə aparacaq

İran qonşu ölkələrlə sərhəd keçid məntəqələrində qeydiyyatı «vahid pəncərə» sistemi ilə aparacaq
# 27 yanvar 2011 08:39 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın dövlət sərhədlərindəki keçid məntəqələrinin qeydiyyatın «vahid pəncərə» sistemi ilə aparılması ilk növbədə Türkiyə-İran sərhədində tətbiq ediləcək. APA-nın «İRNA» agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Gömrük Komitəsinin rəis müavini Məhəmmədrza Nadiri bildirib.

Onun sözlərinə görə, «vahid pəncərə» sistemi dünya standartlarına tam uyğundur və bunun tətbiqi sərhəddən yüklərin daşınması və insanların keçidi prosesini xeyli asanlaşdıracaq.

M.Nadiri deyib ki, İran qonşu ölkələrlə sərhəd keçid məntəqələrində «vahid pəncərə» tətbiq etmək qərarına gəlib: «Bu layihə üzrə işlər tamamlanmaq üzrədir. «Vahid pəncərə» sistemi ilk olaraq Türkiyə ilə sərhəd keçid məntəqəsində tətbiq olunacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR