Saxlama müddəti ötmüş 900 kq ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 900 kq ərzaq malları satışdan çıxarılıb
# 27 yanvar 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda Q.Qarayev prospektində yerləşən «Emil market»də və Nailə Cəfərovaya məxsus mağazada, B.Nuriyev küçəsi, 8 ünvanındakı «Murad market»də və Samir Zeynalova məxsus mağazada, R.Rüstəmov küçəsində Qalib Şiralıyevə, Yuri Stepanoviçə və Rəşid Hüseynova məxsus mağazalarda, Yasamal rayonunda K.Kazımzadə küçəsi, ev 113-115 ünvanındakı «Rəşad market»də, Səbail rayonunda M.Hüseyn küçəsində İlqar Əliyevə və Əhməd Rzayevə məxsus mağazalarda, B.Sərdərov küçəsi, 12 ünvanında yerləşən «Biskvit market»də, M.Hüseyn və Ş.Şamil küçələrinin kəsişməsindəki «Ləziz market»də, Ş.Şamil küçəsi, 4 ünvanında Vüqar Məmmədova məxsus mağazada, Badamdar qəsəbəsi, Ə.Nəzərov və Məktəbli küçələrinin kəsişməsində Heybət Həsənova məxsus mağazada, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 12 ünvanında Bəkir Qasımova məxsus mağazada, Nəsimi rayonunda Nizami küçəsi, ev 102, mənzil 10 ünvanında yerləşən «Beyo market»də, Nərimanov rayonunda F.Xoyski prospekti, ev 110 ünvanında Nadir Ağalarbəyliyə və Fədail Həsənova məxsus mağazalarda, Xətai rayonunda Gəncə prospekti, 63 ünvanında yerləşən «Makro market»də, Babək prospekti, məhəllə 1129 ünvanındakı «Ramstore» mağazasında, S.Orucov küçəsi, məhəllə 1184 ünvanındakı «Yağmur market»də, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsində Elman Abbasova məxsus mağazada, Lənkəran rayonunda Koroğlu küçəsində Fuad Məmmədova məxsus mağazada, Xaçmaz rayonunda N.Nərimanov küçəsində Mübariz Əhmədova məxsus mağazada, Xudat rayonunda Xudat-Yalama yolunda Şəfiqə Quliyevaya məxsus mağazada, Mingəçevir şəhərində Xətai küçəsi, 17 ünvanında yerləşən «Pərvin market»də, Şəki rayonunda Z.Bünyadov küçəsində yerləşən «Murad» mağazasında, N.Nərimanov küçəsindəki «Neolit» mağazasında, Ucar rayonunda Oğuz küçəsində Ceyhun Rəsulova məxsus mağazada, ümumi çəkisi 900 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR