Azərbaycan iş adamları Antalyada keçiriləcək beynəlxalq sərgidə iştirak edəcəklər

Azərbaycan iş adamları Antalyada keçiriləcək beynəlxalq sərgidə iştirak edəcəklər
# 28 yanvar 2011 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvü olan bir qrup iş adamı bu ilin fevral ayının 14-17-də Antalyada (Türkiyə) keçirilən «Anfash Food Product» XVIII Beynəlxalq yeyinti və içki məhsulları Sərgi-Yarmakasında iştirak edəcəklər.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, səfərin əsas məqsədi sahibkarlığın inkişafı, Türkiyə ixrac məhsulları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, ticarət əlaqələrinin genişləndirilməsindən ibarətdir. Səfər çərçivəsində həmçinin brifinq, ikitərəfli görüşlər, sərgi stendləri ilə tanışlıq və istehsal müəssisələrinə ziyarətlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, bu beynəlxalq sərgi-yarmarkanın məkanı 40 min kv. metr təşkil edir. Sərgidə müxtəlif ölkələrdən 400 şirkət və 45 min ziyarətçinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR