Azərbaycanda yeni Layihələrin İdarə edilməsi Məktəbi təsis edilib

Azərbaycanda yeni Layihələrin İdarə edilməsi Məktəbi təsis edilib
# 31 yanvar 2011 08:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. BP şirkəti və onun «Azəri-Çıraq-Günəşli» (AÇG), Bakı-Tiflis-Ceyhan (BTC), «Şahdəniz» (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları Azərbaycanda yeni bir Layihələrin İdarə edilməsi Məktəbinin (LİEM) təsis olunması üçün 1 mln. ABŞ dolları ayıracaq.

«APA-Economics»in məlumatına görə, Xəzər Universitetində yaradılması nəzərdə tutulan yeni Mərkəz özəl və ictimai sektorlarda çalışanlar üçün nəzərdə tutulub və dünyada tanınmış, hərtərəfli layihə idarə edilməsi proqramına daxil olmaq imkanını təmin edir.

Məktəbi bitirənlər dünyada tanınmış iki sertifikatla – Corc Vaşinqton Universiteti (CVU) tərəfindən verilən «Layihələrin İdarə edilməsi üzrə Magistr sertifikatı» və Layihələrin İdarə edilməsi İnstitutu (LİEİ) tərəfindən verilən «Layihənin İdarə edilməsi Mütəxəssisi» sertifikatı ilə təmin olunacaqlar.

Proqram səkkiz moduldan ibarət olacaq – Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə edilməsinin Tətbiqi Mexanizmi və Layihələrin İdarə edilməsi Mütəxəssisi (LİEM) imtahanına hazırlıq. Layihə Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində, layihələrin idarə edilməsi və onunla bağlı problemlərin həlli sahəsində aparıcı şirkət olan «ESI İnternational» tərəfindən icra ediləcək.

İngilis dilində keçiriləcək kursa qatılmaq üçün ingilis layihənin idarə edilməsində 2 il iş təcrübəsi və ya işəgötürənin (ya da sponsorun) ərizəçinin namizədliyini irəli sürməsi tələb olunur. Yalnız Azərbaycan vətəndaşlarının qatılacağı təlimdə iştirak haqqı 9025 ABŞ dolları təşkil edir. Bunun 70%-ni BP və onun tərəfdaşları ödəyəcək. Nəticədə, iştirakçı yalnız kursun əvvəlində 2700 dollar ödəməlidir.

«BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir bildirib ki, şirkət biznes fəaliyyətində yerli şirkətlərin iştirakını genişləndirmək məqsədilə Azərbaycanda sahibkarlığın inkişafına dəstək üçün yüzlərlə layihə reallaşdırıb: «Mən çox məmnunam ki, bu proqram vasitəsilə biz iqtisadiyyatın bütün sahələrindən 120 nəfərdən artıq orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə kömək edə biləcəyik».

Qeyd edək ki, «BP-Azerbaijan» şirkətində ixtisaslı işçi heyətinin 88%-i, ixtisaslı olmayan işçilərin isə 100%-i Azərbaycan vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR