Kiçik və orta müəssisələrdə Latviya təcrübəsi öyrəniləcək

Kiçik və orta müəssisələrdə Latviya təcrübəsi öyrəniləcək
# 31 yanvar 2011 09:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda kiçik və orta müəssisələrin məqsəd və vəzifələrinə həsr olunmuş seminar keçiriləcək.

Seminar Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından «APA-Economics»ə verilən məlumata görə, (ASK) Almaniyanın Bildungsuerk der Wirtshaft Mecklenburq-Vorpommern təşkilatı ilə bağlanmış tərəfdaşlıq müqaviləsinə uyğun olaraq keçirilir.

Seminarda konfederasiyanın üzvü olan assosiasiya, müəssisə və cəmiyyətlər “Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri” üzrə Latviya təcrübəsi ilə tanış ediləcək. Seminarı təcrübəli mütəxəssis, Riqa şəhərində fəaliyyət göstərən “KALVE” kiçik və orta Assosiasiyasının prezidenti Aydın Əskərov rus dilində, tərcüməçisiz aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR