Azərbaycan İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib
02 fevral 2011 11:05 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla müasir tələblərə cavab verən müəssisələrin yaradılması, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycanın müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Nazir həmçinin bildirib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan hökumətinin başlıca strateji məqsədlərindən biridir. Bu sahədə görülmüş ciddi tədbirlər nəticəsində qanunvericilik bazası təkmilləşdirilmiş, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» (2007-2011-ci illər) və Fəaliyyət Planı təsdiq edilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər müvafiq qurumlar yaradılıb, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş bir sıra sənədlər qəbul edilib: «Bu sənədlərdən və müvafiq prezident fərmanlarından irəli gələrək, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasına dair nazirliyin 2011-ci il üzrə Tədbirlər Planının icrası təmin edilməli, nazirliyin sahibkarlarla bilavasitə işləyən qurumları öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, sahibkarların maraqlarının təmin olunması istiqamətində fəaliyyətlərini gücləndirməlidir».
Ş.Mustafayevin sözlərinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inhisarçılıq və süni qiymət artırılması meyllərinin qarşısını qətiyyətlə almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün nəzarəti gücləndirməlidir. Sahibkarlıq subyektlərində digər dövlət qurumları tərəfindən həyata keçirilən yoxlamalar zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı formal xarakter daşımamalı, nazirlik əməkdaşları sahibkarların hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Eyni zamanda xüsusi razılıqların (lisenziya), mənşə sertifikatlarının verilməsinin, idxal-ixrac əməliyyatları üzrə müqavilələrin qeydiyyatının qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada həyata keçirilməsinə nəzarət gücləndirməlidir. Digər dövlət qurumları tərəfindən verilən lisenziyalar barədə məlumatlar müntəzəm olaraq təhlil edilməli və aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmalıdır.
«Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflıq daha da artırılmalı, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməli, bu sahədə yeni təkliflər hazırlanmalıdır», - deyə nazir bildirib.
Ş.Mustafayevin sözlərinə görə, ictimai nəzarətin gücləndirilməsi məqsədilə sahibkarların, istehlakçıların maarifləndirilməsi, hüquqi biliklərinin artırılması istiqamətində müvafiq tədbirlər daha da genişləndirilməli, özəl sektor üçün korrupsiya riskləri və onların aradan qaldırılmasına dair maarifləndirmə proqramları davamlı şəkildə həyata keçirilməli, nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılmalıdır.
Kollegiya iclasında biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığı inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlət nəzarəti tədbirləri, ilk növbədə yoxlamalar zamanı sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması, lisenziyaların verilməsi prosedurunun təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan icazəverici sənədlərin, onların verilmə prosedurlarını tənzimləyən qanunvericiliyin inventarlaşdırılması, bu sahədə mövcud olan paralelliyin aradan qaldırılması, icazələrin verilməsi reqlamentlərinin hazırlanması, sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin, o cümlədən sənaye zonalarının və biznes inkubatorların yaradılması, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq meyarların hazırlanması, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, səhmdar cəmiyyətlərin, dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə yeni korporativ standartların tətbiq edilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, o cümlədən onların maarifləndirilməsi, yenidənhazırlama, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi, lisenziyaların və icazələrin verilməsi zamanı, dövlət qurumları ilə sahibkarlar arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının geniş tətbiq olunması kimi istiqamətlər üzrə təkliflərin hazırlanması tapşırılıb.
İqtisadi inkişaf naziri kollegiya iclasına yekun vuraraq müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin edilməsi, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair konkret tapşırıqlar verib.

Sahibkarlıq
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib
10:44
16 sentyabr 2024
Media nümayəndələri “Bakcell”in “Formula 1” stendini ziyarət ediblər - FOTOLENT
11:37
15 sentyabr 2024
Azərbaycanda səkkiz ayda 1,5 tona yaxın qızıl istehsal edilib
17:14
13 sentyabr 2024
"Kiçik addımlarla böyük uğurlar" layihəsi böyüyərək davam edir
11:07
13 sentyabr 2024