Azərbaycanda vergilərlə maraqlananların sayı artıb

Azərbaycanda vergilərlə maraqlananların sayı artıb
# 05 fevral 2011 11:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Vergilər Nazirliyinin Telefon Mərkəzinə canlı rejimdə müraciət edənlərin sayı 33%-dən çox artıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il ərzində 71 996 canlı müraciət cavablandırılıb. Bütövlükdə «195» Telefon Mərkəzinə daxil olan müraciətlərin sayı 236 mindən çox olub. Bu müraciətlər əsasən tətbiq olunan vergi növləri, bəyannamələr və onların təqdim olunması, qeydiyyat və vergi uçotu, «bir pəncərə» prinsipi üzrə qeydiyyat, elektron xidmətlər, «e-bəyannamə» və «elektron vergi hesab-fakturaları» barədə olub.

Paralel olaraq 2009-cu ildən tətbiqinə başlanılmış «səsli mesaj xidməti»ndən (SMS) istifadə artıb. Əgər 2009-cu ildə bu xidmətlə 2 221 vergi ödəyicisi məlumatlandırılmışdırmsa, 2010-cu il ərzində bu rəqəm 86 858-ə çatıb. SMS xidməti əsasən vergi ödəyicilərinin telefonlarına göndərilən məlumat xarakterli xatırlatmalar, vergi borcu, təqdim edilməli vergi bəyannamələri, vergi orqanlarında keçirilən treninqlər və s. barədə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR