Azərbaycan sahibkarları Türkiyəyə səfər edəcək

Azərbaycan sahibkarları Türkiyəyə səfər edəcək
# 28 fevral 2011 14:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyənin kənd təsərrüfatı sektoru ilə tanışlıq və bu ölkəyə Azərbaycan məhsullarının ixracının artırılması və şirkətlər arasında əlaqələrin daha da gücləndirilməsi üçün may ayında Azərbaycan sahibkarlarının Türkiyəyə səfəri planlaşdırılır.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, səfərin təşkilatçıları Türkiyə Baş Nazirliyi Xarici Ticarət Müşavirliyi, Aralıq Dənizi İxracatçı Birlikləri Ümumi Katibliyi, ASK və Türkiyənin Azərbaycandakı səfirliyidir. Mayın 1-dən 6-dək davam edəcək səfər Türkiyənin Hatay və Qaziantep şəhərlərində əkinçilik, qida və kənd təsərrüfatı texnikası və avadanlığı sahələrini əhatə edəcək. Səfərin əsas məqsədi sahibkarlığın inkişafı, Türkiyə ixrac məhsulları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, ticarət əlaqələrinin genişləndirilməsindən ibarətdir. Belə ki, 50-yə yaxın iş adamının iştirakı nəzərdə tutulan proqrama ASK-nın prezidenti Məmməd Musayev, Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç və ticarət müşaviri Qazi Bilginin də qatılacağı gözlənilir. Səfər çərçivəsində brifinq, ikitərəfli görüşlər, istehsal müəssisələrinə səfərlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, biznes-görüşlərdə iştirak edəcək şəxslər üçün güzəştli şərtlər təklif olunur. Proqrama qatılmaq istəyənlər aprelin 1-dək ASK-ya müraciət etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR