Xəzər Beynəlxalq İnvestisiya Şirkəti investisiya portfelini genişləndirmək niyyətindədir

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti investisiya portfelini genişləndirmək niyyətindədir
# 02 mart 2011 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (CIIC) kapitalı 31 mln. manat, cari portfeli isə 16 mln. dollar təşkil edir. Bu investisiya portfeli 3 layihə üzrə formalaşıb. «APA-Economics»in məlumatına görə, bunu CIIC-nin icraçı direktoru Toğrul Köçərli bildirib.

T.Köçərli qeyd edib ki, şirkətə perspektivli layihələr təqdim olunacağı təqdirdə CIIC istifadəsiz qalmış vəsaitin qalan hissəsini də ((20 mln. dollar)) sərmayə kimi yatırmağa hazırdır.

«Bizim bundan öncə yatırdığımız investisiyalar artıq effekt verməyə başlayıb. Yeni investorların cəlb edilməsi üçün biz ilkin nəticələr əldə etməliyik, bunun üçün isə vaxt tələb olunur. Gələn il Xəzər Beynəlxalq İnvestisiya Şirkəti əlavə investorların cəlb edilməsi məsələsinə baxacaq. Bununla yanaşı, hazırda bizim tərəfdən bir çox potensial investisiya layihəsinə baxılır», - deyə T.Köçərli bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR