Bakıda Azərbaycan-Hindistan interaktiv biznes sessiyası keçiriləcək

Bakıda Azərbaycan-Hindistan interaktiv biznes sessiyası keçiriləcək
# 28 mart 2011 09:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Bu il martın 30-da Bakıda Azərbaycan-Hindistan interaktiv biznes sessiyası keçiriləcək. Hindistanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin təşkilatçıları Hindistan Ticarət və Sənaye Palataları Federasiyası və Hindistanın Bakıdakı səfirliyidir.

Biznes sessiyada iştirak edəcək Hindistan nümayəndə heyətinə əczaçılıq, səhiyyə və bitki məhsulları, kənd təsərrüfatı və ərzaq məhsulları, toxuculuq, geyim və iplik məhsulları, qiymətli daşlar və zərgərlik məmulatları, kimyəvi məsullar, mineral və metallar, neft emalı məhsulları, texnologiya üzrə konsaltinq, texnologiya xidmət provayderləri, inşaat materialları və infrastruktur sahələrini təmsil edən şəxslər daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR