Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələri ilə bağlı yeni regional proqrama başlayır

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələri ilə bağlı yeni regional proqrama başlayır
# 30 mart 2011 14:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Avropa İttifaqı “East Invest” adlı yeni regional proqrama başlamaq təşəbbüsü ilə çıxış edib.

APA-Economics”in xəbərinə görə, “Şərq Tərəfdaşlığı” ölkələrində kiçik və orta biznesin dəstəklənməsi yolu ilə ticarət və investisiyaların inkişaf etdirilməsini nəzərdə tutan proqramın təqdimatı martın 31-də Brüsseldə keçiriləcək.

Tədbirdə Aİ-nin biznes strukturlarının və “Şərq Tərəfdaşlığı” ölkələrinin nümayəndələri proqramın fəaliyyət planını müzakirə edəcəklər.

Genişlənmə və qonşuluq siyasəti üzrə avrokomissar Ştefan Fyule bildirib ki, “East Invest” proqramı “Şərq Tərəfdaşlığı” ölkələrində Aİ-yə inteqrasiya yolunda iqtisadi islahatları dəstəkləməyə yönəlib.

Qeyd edək ki, Aİ bu regional proqrama 8,75 mln. avro ayırıb. 2009-cu ildən icra olunan “Şərq Tərəfdaşlığı” proqramı 6 ölkənin (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus) Aİ ilə yaxınlaşmasına yönəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR