SKMF Ağsuda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Ağsuda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 05 aprel 2011 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Ağsu rayonu üzrə sahibkarlıq subyektlərindən yüksək texnologiyaların tətbiqi ilə intensiv üzüm bağlarının salınması, müasir ət kəsimi və emalı (illik 5 min ton) müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər. Əlaqə telefonu: (+994 12) 434-74-29.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR