Xanım sahibkara məxsus müəssisədə un məmulatlarının istehsalı dayandırılıb

Xanım sahibkara məxsus müəssisədə un məmulatlarının istehsalı dayandırılıb
# 11 aprel 2011 11:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonundakı un məmulatları istehsal edən müəssisələrdən birinin fəaliyyətini dayandırıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, daxil olmuş şikayət məktubu əsasında Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi 535 ünvanında yerləşən fiziki şəxs A.Babayevaya məxsus müəssisədə unlu qənnadı məmulatların istehsalı zamanı standartların tələblərinə riayət olunmasını araşdırıb.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə biskvitli-kremli tort, keks və Şərq şirniyyatı istehsal olunsa da, bunun üçün normativ sənədlər, təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar mövcud deyil. Biskvitli-kremli tort və Şərq şirniyyatının hazırlanmasında istifadə olunan xammallar, ədviyyatlar heç bir rəsmi normativ sənəd və standartlara istinad edilmədən məhsula əlavə edilib. Bundan başqa, müəssisədə unlu qənnadı məmulatların istehsalı üçün lazımi şərait yoxdur. Hazır məhsullar gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunub satışa verilib.

Aşkar edilmiş nöqsanlarla bağlı məhsulların istehsalına və satışına qadağa qoyulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR