Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi I rübdə 9% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi I rübdə 9% artıb
# 13 aprel 2011 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 9,2% artaraq 3,8 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pərakəndə ticarət şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 9% artaraq 3,7 mlrd. manata, iaşə şəbəkələrinin dövriyyəsi isə 14,8% artaraq 107,2 mln. manata bərabər olub: «İstehlak mallarının 14,2%-i hüquqi, 85,8%-i fiziki şəxslər tərəfindən realizə olunub. Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin 2,4 mlrd. manatı ərzaq məhsullarının, 1,4 mlrd. manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub».

Bununla yanaşı, yanvar-mart aylarında xidmət şəbəkələri vasitəsilə əhaliyə 1,2 mlrd. manatlıq və ya əvvəlki ilin ilk üç ayı ilə müqayisədə 10,2% çox pullu xidmətlər göstərilib. Xidmətlərin 78%-i hüquqi, 22%-i fiziki şəxslərin payına düşüb və onların tərəfindən əhaliyə müvafiq olaraq 8% və 18,9% çox pullu xidmət göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR