Azərbaycanda biznes tikinti sektoruna daha çox maraq göstərir

Azərbaycanda biznes tikinti sektoruna daha çox maraq göstərir
# 14 aprel 2011 11:13 (UTC +04:00)
Bununla yanaşı, bir qədər əvvəl başlayan tendensiyaya uyğun olaraq kənd təsərrüfatı, tibbi-əczaçılıq sahəsi, konsaltinq, marketinq və hüquq xidmətləri, eləcə də təhsil fəaliyyəti ilə məşğul olanların sayı artmaqdadır. «APA-Economics»in məlumatına görə, bütün bunlar özünü ölkədə yaradılan hüquqi şirkətlərin profilində göstərir.

Martda ölkədə inşaat və təmir-tikinti sahəsində fəaliyyət göstərəcək 30-dək hüquqi şəxs vergi qeydiyyatına alınıb. Bunların 5-i mənzil-tikinti kooperatividir. Yeri gəlmişkən, MTK-ların hamısı Bakıda qeydə alınıb, onların 3-nün («Format-Qrup», «Makro-Qrup» və «Spektr-İnşaat») hüquqi ünvanı eynidir.

Populyarlığına görə ikinci yeri kənd təsərrüfatı sektoru tutur. Ötən regionlarda və Bakıda 20-dək kəndli fermer təsərrüfatı yaradılıb.

Konsaltinq - məsləhət və hüquq xidmətləri, eləcə də bazar araşdırmaları xidmətlərinin sürətlə populyarlaşması da davam edib - martda 15-dək belə fəaliyyətlə məşğul olan şirkət təsis edilib.

İş adamları səhiyyə, təhsil və turizm sektoruna da ciddi maraq göstərirlər. Martda müxtəlif səviyyədə və formalarda təhsil fəaliyyəti təqdim etməsi nəzərdə tutulan 10-dək tədris müəssisəsi qeydə alınıb. Bunlardan ən çox maraq doğuranı «Royal Business School» biznes məktəbidir. Səhiyyə şirkətlərinin sayı da bundan az deyil. Ötən ay nominal aptekləri nəzərə almasaq, səhiyyə, stomatoloq və əczaçılıq fəaliyyəti ilə məşğul olan 12-dək şirkət qeydiyyatdan keçib. Turizm və səyahət xidmətləri göstərəcəyi bəlli olan şirkətlərin sayı isə 10-a yaxındır.

Bundan başqa, ötən ay vergi orqanları tərəfindən bir neçə investisiya qurumu, media (mətbuat və prodakşn) şirkəti, 3 bank olmayan kredit təşkilatı, lombard və digər şirkətlər qeydə alınıb.

Ümumilikdə mart ayında Azərbaycanın vergi orqanlarında 340 hüquqi şəxs qeydiyyatdan keçib. Bunlardan 228-i və ya 2/3 hissəsi Bakı şəhərinin payına düşür. Regionlar arasında yeni yaradılan hüquqi şirkətlərin sayına görə Sumqayıt, Masallı, Lənkəran və s. rayonlarda fəallıq daha yüksəkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR