Saxlama müddəti ötmüş 120 kq ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 120 kq ərzaq malları satışdan çıxarılıb
# 21 aprel 2011 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən «Salman market»də, Binəqədi rayonunda 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 61 ünvanında yerləşən «Kalva market»də, Xəzər rayonunda Mərdəkan qəsəbəsi, Mərdəkan bağları ərazisində Aytən Bağırovaya məxsus mağazada, Mingəçevir şəhərində Xocalı küçəsində yerləşən «İrəvan market»də, Şəmkir rayonunda Dəllər qəsəbəsində Xıdır Sadıqova məxsus mağazada, Goranboy rayonunda Qaraçinar kəndində Ziya Bayramova məxsus mağazada, ümumi çəkisi 120 kq-a yaxın olan saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR