Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni icraçı direktor təyin edilib

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni icraçı direktor təyin edilib
# 23 aprel 2011 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni icraçı direktor təyin edilib. Bunu “APA-Economics”ə açıqlamasında əvvəllər ASA-nın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Azər Əliyer bildirib.

A. Əliyev deyib ki, qurumun təsisçilərinin ümumi yığıncağının qərarı ilə o, ASA-nın icraçı direktoru təyin edilib: “ASA-nın icraçı direktorunun səlahiyyətləri Müşahidə Şurası ilə müqayisədə daha çoxdur. Bu səbəbdən də təsisçilər assosiasiyanın rəhbərliyində dəyişiklik edib”.

ASA-nın növbəti iclasında Müşahidə Şurasının sədri vəzifəsinə Beynəlxalq Sığorta Şirkəti, “Azərsığorta” və “Atəşgah Sığorta” şirkətlərindən bir nümayəndə seçiləcək.

Qeyd edək ki, ASA-nın Müşahidə Şurasının sədri vəzifəsinin müddəti bir ildir. Hər il Beynəlxalq Sığorta Şirkəti, “Azərsığorta”, “Atəşgah Sığorta”, “Standard İnsurance” və “AXA MBASK” sığorta şirkətlərindən bir nəfər bu vəzifəsini icra etməlidir. İndiyədək “Standard İnsurance” (Kamal İbrahimov) və “AXA MBASK” (Cəmil Məlikov - əvvəlki “MBASK” şirkəti) şirkətinin nümayəndələri bu vəzifəni icra edib. Növbəti seçim isə qeyd olunan şirkətlər arasında aparılacaq.

ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir. ASA-nın 2011-ci il üzrə büdcəsi təxminən 150 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR