Avropa Azərbaycan Cəmiyyəti Londonda biznes-forum təşkil edəcək

Avropa Azərbaycan Cəmiyyəti Londonda biznes-forum təşkil edəcək
# 10 may 2011 12:46 (UTC +04:00)
AAC-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirə Avropanın hər yerindən 200-ə yaxın qabaqcıl iş adamı toplaşacaq.

Biznes-forumun açılış mərasimində Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanov, Birləşmiş Krallığın Azərbaycandakı səfiri Karolin Braun və AAC-ın sədri və təsisçisi Tale Heydərov çıxış edəcəklər. Forum çərçivəsində keçiriləcək seminarlar Qafqazda təhlükəsizlik və onun biznesə təsiri, beynəlxalq şirkətlər üçün yeni imkanlar, informasiya və rabitə texnologiyaları sənayesi, turizm və səyahət, kənd təsərrüfatı və ərzaq istehsalı, nəqliyyat, infrastruktur, tikinti və daşınmaz əmlak, maliyyə xidmətləri, enerji məsələlərinə həsr olunacaq.

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə, Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə icraçı direktoru Olivye Dekamp, Britaniya İmperiyası Ordeninin zabiti (OBE) Baronessa O’Kateyn, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Zaha Hadid Architects şirkətindən Saffet Kaya Bekiroğlu, Azərbaycan üzrə Britaniya parlament qrupunun sədri Mark Fild də çıxış edənlər arasında olacaqlar.

Mayın 12-də axşam Azərbaycanın “Qəbələ” futbol klubunun yeni məşqçisi Toni Adamsın təqdimatı keçiriləcək. Tədbirlər çərçivəsində bu il Venesiya Biennalesində Azərbaycan pavilyonunu təmsil edən “Gazellı Art House”un təsisçisi və direktoru Mila Əsgərova tərəfindən müasir incəsənət sərgisi də təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR