Bakıda 3 ton dondurma məhv edilib

Bakıda 3 ton dondurma məhv edilib
# 06 iyul 2011 14:09 (UTC +04:00)
Bakı - APA-Economics. Bakıda 3 tona yaxın dondurma məhv edilib. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “RAH-96” və “Qranit” firmalarına icrası məcburi göstəriş verilib.

Bu göstərişin icrası ilə əlaqədar “RAH-96” firmasının istehsal etdiyi 753,03 kq və “Qranit” firmasının istehsalı olan 2103,44 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Araşdırmalar davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR