Azərbaycan bu il spirtli içki istehsalını 11%, alkoqolsuz içkiləri isə 13% artırıb

Azərbaycan bu il spirtli içki istehsalını 11%, alkoqolsuz içkiləri isə 13% artırıb
# 25 iyul 2011 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda 2 733,0 min dekalitr spirtli içki istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 8,1 min dekalitr şampan şərabı, 438,9 min dekalitr araq, 365,3 min dekalitr üzüm şərabı, 1 884,4 min dekalitr pivə və 36,3 min dekalitr brendi (konyak) istehsal edilib: «Ötən ilin yanvar-iyun aylarına nisbətən şampan şərabının istehsalı 45,5%, pivə istehsalı 13,8%, brendi istehsalı 17,1% azalıb, araq istehsalı 5,9%, üzüm şərabının istehsalı isə 2,6 dəfə artıb».

Bununla yanaşı, cari ilin ilk yarısında Azərbaycanda 8 850,1 min dekalitr alkoqolsuz içkilər istehsal olunub ki, bu da ötən ilin yanvar-iyun aylarına nisbətən 12,5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkədə spirtli içkilərin hazır məhsul ehtiyatı 817,9 min dekalitr, alkoqolsuz içkilərin məhsul ehtiyatı isə 1 203,8 min dekalitr təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən spirtli içkilərin hazır məhsul ehtiyatı 42,5%, alkoqolsuz içkilərin hazır məhsul ehtiyatı isə 61,4% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR