Azərbaycanda gələn il sahibkarların güzəştli kreditləşməsi artırılacaq

Azərbaycanda gələn il sahibkarların güzəştli kreditləşməsi artırılacaq
# 17 avqust 2011 09:05 (UTC +04:00)
Onun sözlərinə görə, ötən illər ərzində SKMF tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin qaytarılma həcmi ilbəil artıb: «Əgər 2009-cu ildə geri qaytarılan vəsaitin həcmi 56 mln. manat olubsa, 2010-cu ildə bu rəqəm 71 mln. manat təşkil edib. Proqnozlara əsasən, 2011-ci ildə geri qaytarılacaq vəsaitin həcmi 91 mln. manat, 2012-ci ildə isə 110 mln. manat təşkil edəcək. Ümumiyyətlə, cari ilin ötən dövrü ərzində Fonda 64 mln. manat geri qaytarılıb».

Ş.Abdullayev onu da bildirib ki, 2011-ci il ərzində SKMF tərəfindən 110 mindən artıq sahibkara 92 mln. manat həcmində güzəştli kredit verilib: «Ümumiyyətlə, 2011-ci il üçün biz sahibkarlara 125 mln. manat həcmində güzəştli kredit ayıracağıq. Növbəti il ərzində isə bu rəqəm 2011-ci illə müqayisədə kifayət qədər böyük olacaq».

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 31 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 7 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 10 000 manat, maksimal məbləği isə 5 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR