«Ramstore» şəbəkəsində orqanik qarpız və yemiş satışa çıxarılıb

«Ramstore» şəbəkəsində orqanik qarpız və yemiş satışa çıxarılıb
# 26 avqust 2011 12:15 (UTC +04:00)
Bakı – APA-Economics. Sağlam və təbii yolla əkinlər həyata keçirən «Natural Greenland» kənd təsərrüfatı kompleksində yetişdirilən qarpız və yemiş məhsulları «Ramstore» mağazalar şəbəkəsində satışa çıxarılıb.

«Azersun Holding» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, adı çəkilən məhsullar «Natural Greenland» kənd təsərrüfatı kompleksinin Biləsuvardakı ərazisində tamamilə orqanik üsulla becərilib. Bu məhsulların becərilməsində «Natural Greenland»ın özünün istehsal etdiyi təbii gübrələrdən istifadə olunub. Qeyd edək ki, orqanik əkinçilik təcrübəsini tətbiq edən «Natural Greenland» ərazidə təbii gübrə istehsalını da həyata keçirməkdədir.

Şirkətin məlumatına görə, heç bir kimyəvi preparatlardan istifadə olunmadan yetişdirilən orqanik məhsullara olan tələb, dünyada, xüsusilə də Avropada daha böyükdür. Biləsuvarda Azərsun Holdinqin tərkibində fəaliyyət göstərən «Natural Greenland» müəssisəsi də orqanik əkin sahələrini genişləndirməyə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR