Azərbaycanın BMT İnkişaf Proqramının «Global Compact» şəbəkəsi təşəbbüsünə qoşulmasına dair memorandum imzalanıb

Azərbaycanın BMT İnkişaf Proqramının «Global Compact» şəbəkəsi təşəbbüsünə qoşulmasına dair memorandum imzalanıb
# 30 noyabr 2011 12:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycanın BMT-nin İnkişaf Proqramının (UNDP) «Global Compact» şəbəkəsi təşəbbüsünə qoşulmasına dair memorandum imzalanıb.

APA-Economics”in məlumatına görə, memorandumu BMT-nin Azərbaycandakı rezidentinin müavini Nato Alhazişvili və Azərbaycanın «Qarant Sığorta» şirkəti İdarə Heyətinin sədri Fuad Abdullayev imzalayıblar.

Memorandumun əsas məqsədi Azərbaycanın biznes ictimaiyyəti tərəfindən «Global Compact» şəbəkəsi təşəbbüsünün 10 prinsipini (insan hüquqları, əmək münasibətləri, anti-korrupsiya, ətraf mühit, qadın və uşaq hüquqları, su təchizatı və s.) dəstəkləməkdir.

Tədbirdə çıxış edən N.Alhazişvili bildirib ki, «Global Compact» şəbəkəsi təşəbbüsünün əsas məqsədi Azərbaycanda biznes rəhbərlərini bir araya gətirməkdir: «Bundan başqa, bu təşəbbüsün bir neçə prinsipi var ki, şirkətlər bu prinsipləri nəzərə almalıdırlar. Ümumiyyətlə, biz bu təşəbbüsü yaratmaqla Azərbaycanın özəl sektorunda konstruktiv dialoq yaratmaq istəyirik. Bu təşəbbüsdə 16 Azərbaycan şirkəti iştirak edir, lakin bu imzalanma Azərbaycanda milli şəbəkənin yaradılmasına da təkan verəcək».

Norveç Krallığının Azərbaycanda səfiri Erlinq Skjonsberq bildirib ki, «Global Compact» şəbəkəsi 1999-cu ildə BMT-nin sabiq baş katibi Kofe Annanın təşəbbüsü ilə yaradılıb: «Hazırda şəbəkəyə 100-dən çox ölkənin 6 minə yaxın şirkəti qoşulub. Norveç hökuməti tərəfindən maliyyələşdirilən bu şəbəkəyə həmçinin 4 min işçisi olan QHT-lər də şəbəkənin üzvü olublar. Hazırda Norveçin 61 şirkəti bu şəbəkəyə qoşulub. Bu şirkətlər sırasında “Statoil” da yer alır. Azərbaycanda bu şəbəkəyə qoşulan şirkətlərin sayının az olmasına baxmayaraq, bunun gələcəkdə artacağı gözlənilir. Çünki Azərbaycanda bizneslə məşğul olan şirkətlərin böyük potensialı var».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR