“Möcüzə” yağları Azərbaycan Milli Kulinariya Komandasına qızıl qazandırıb

“Möcüzə” yağları Azərbaycan Milli Kulinariya Komandasına qızıl qazandırıb
# 01 iyun 2012 13:00 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov İspaniyadakı Beynəlxalq Kulinariya Yarışlarının nəticələri ilə bağlı “Trend” Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.

APA-Economics”in xəbərinə görə, T.Əmiraslanov Milli Kulinariya Komandamızın əldə etdiyi nəticələr barədə məlumat verərək bildirib ki, iyunun 7-8-də Rusiyanın Çeboksarı şəhərində keçirilən yarışlarda iştirak edəcək Azərbaycan milli komandasının hazırlayacağı milli yeməklərə, süfrənin bəzədilməsi və dizaynına “Eurovision 2012” mahnı müsabiqəsinin elementləri əlavə olunacaq.
Onun sözlərinə görə, milli komanda hazırlıqlar zamanı fiziki keyfiyyətlərini və orqanoleptik xüsusiyyətlərini nəzərə alaraq bir sıra məhsullarla, o cümlədən yağlarla yarış üçün xörəklər bişirib. Ən yaxşı nəticəni kərə və bitki yağlarının qarışığından hazırlanmış “Supersun” yağı verdiyindən, komanda bu çempionata özü ilə “Supersun” yağını da aparmağı qərarlaşdırıb.

T.Əmiraslanov bildirib ki, mayın 12-17-də Azərbaycanın milli kulinariya komandası İspaniyanın Tenerif şəhərində keçirilən “Həyatın dadı” VII Beynəlxalq Kulinariya çempionatında iştirak edib. Müsabiqəyə 4 ölkə qatılıb: Azərbaycan, Ukrayna, Polşa, İspaniya. 2 ölkə (Serbiya və Rusiya) son anda çempionata gələ bilmədiklərini xəbər veriblər. Azərbaycandan 3 aşpaz yarışlarda 12 fərdi (hər biri 4 fərdi) sinifdə və komanda sinfində iştirak edib.

Çempionatda Asya Axundova 1 qızıl, 1 bürünc, 2 diplom (4-cü yer), Fəqan Ağayev 1 qızıl, 1 gümüş, 1 bürünc, Ağa Aşurov 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Qara qutu yarışmasında isə komandamız bürünc medal qazanıb və 13 sinifdə 11 nəticə (3 qızıl, 2 gümüş, 4 bürünc və 2 diplom) göstərib. Yarışda komandamız daha çox yerli ərzaqlardan istifadəyə üstünlük verib: “Biz Azərbaycandan özümüzlə “Azersun Holding” şirkətinin istehsalı olan “Möcüzə” qarğıdalı, “Möcüzə” günəbaxan və zeytun yağları aparmışdıq. Yarış zamanı bu yağlardan yalnız biz deyil, digər komandalar da istifadə etdilər. Ukrayna komandası “Möcüzə” qarğıdalı yağını xüsusilə bəyəndi. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR