İyunun 9-da Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

İyunun 9-da Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək
# 04 iyun 2012 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 9-da Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etmək məqsədilə Qarsa (Türkiyə) səfər edəcək.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hər üç ölkənin müvafiq qurumlarının təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, turizm, toxuculuq, daşınmaz əmlak, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR