® “OZ Klub” üzvləri “Qəbələ Konserv Zavodu”nda təcrübi ekskursiya keçiblər - FOTOSESSİYA

<font color=red>® </font>“OZ Klub” üzvləri “Qəbələ Konserv Zavodu”nda təcrübi ekskursiya keçiblər - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyun 2012 13:29 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu dəfə “OZ Klub” üzvləri Qəbələ Konserv Zavoduna ekskursiya ediblər.
Bu, “OZ Klub”un təşkil etdiyi sayca dördüncü təcrübi ekskursiya olub. On ali təhsil müəssisəsindən olan 90 tələbənin iştirakı ilə Bakıdan Qəbələyə qədər uzanan yol gənclər ucun çox maraqlı olub. “Gilan Holdinq - Jalə”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamilla Abdullayeva zavodun yaranma tarixi ilə ekskursiya iştirakçılarını tanış edib: “Burada istehsal olunan “Jalə” şirələri qısa bir müddətdə Azərbaycan bazarında özünə yer tapa bilib. “Jalə”, “Bagdan”, “Zolotoy sad”, “Natura” təbii şirələri bu zavodun məhsullarıdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, “Natura” təbii şirəsi mükafatlandırılaraq 2011-ci ilin brendi seçilib”.
Zavodun bütün avadanlıqları İtaliya və İsveçrə istehsalıdır. Burada azərbaycanlılarla yanaşı, Türkiyə və Rusiyadan gəlmiş mütəxəssislər də çalışır. Müəssisədə istehsal olunan təbii şirələr dünyanın 30-dan çox ölkəsinə satılır. Artıq Rusiya, Ukrayna, Belarus, ABŞ və Qərbi Avropa ölkələrindən sifarişlər qəbul olunur. Azərbaycanın digər bölgələri ilə də bu sahədə sıx əlaqə saxlanılır. Meyvələrin qəbulu, yuyulması, təmizlənməsi, doğranılması, nəhəng sisternlərdə qarışdırılıb təbii şirəyə çevrilməsi, nəhayət, sonda ekoloji təmiz, müasir dizaynın tələblərinə cavab verə bilən formada qablaşdırılmış məhsulun alınması prosesini də izlənilib.
Ekskursiya iştirakçıları öncə nəhəng meyvə soyuducusu ilə tanış olublar. Buradakı meyvələrin, xüsusilə də heyvanın ətri yəqin ki, uzun müddət yaddaşlarda qalacaq. Zavodda fəaliyyət göstərən kağız və karton sexi hazır məhsulların yüksək keyfiyyətdə qablaşdırılmasına imkan verir. Eyni zamanda məhsulun keyfiyyətini yoxlamaq ucun müəssisədə həm də laboratoriya var.
Daha sonra isə ekspedisiya iştirakçıların 2011-ci il noyabrın 17-də fəaliyyətə başlamış “Gilan Holdinq”ə məxsus limonad zavoduna ekskursiyaları baş tutub. Zavoda ekskursiyanın sonunda iştirakçılara “OZunəməxsus” hədiyyə paketləri təqdim olunub. Çox maraqlı gəzinti gənclərin “Qafqaz Riverside Hotel”də və “Qəbələn Əyləncə Mərkəzi”ndə əylənməsi ilə yekunlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR