Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonu üzrə investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonu üzrə investisiya layihələrinin qəbuluna başlayır
# 05 iyun 2012 15:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən bir sıra aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu elan edir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bura müasir çörək zavodunun, müasir quşçuluq kompleksinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması aiddir.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172,
Telefon: (012) 434-74-29; faks: (012) 432-37-17
E-mail: [email protected]
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR